Bosniya soyqırımını inkar edən 2019-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Peter Handkeyə etiraz edən isveçli jurnalist Nobel mükafatından imtina edəcəyini açıqladı.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, 1988-ci ildə Bosniya və Serb müharibəsində BMT Sülhməramlı Qüvvələri tərkibində göstərdikləri xidmətlərinə görə, Nobel mükafatına layiq görülən komanda üzvlərindən biri jurnalist Kristina Doktare Nobel mükafatından imtina edəcəyini bildirib.
"Mən İsveç Akademiyası ilə fəxr edirdim, amma indi hiss etdiyim şey utanc və günahdan ibarətdir. 27 il əvvəl orada soyqırımın şahidi oldum. Bosniya və Herseqovinyada soyqırımını inkar edən Peter Handkeye Nobel Ədəbiyyat Mükafatı verildiyi üçün Nobel Medalımı geri qaytaracağam. "