Nənə və siçan - Uşaqların yazdığı nağıl

Nənə və siçan - Uşaqların yazdığı nağıl
24 iyun 2020
# 16:32

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir.


7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.


I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Bu dəfə isə Məmmədova Könülün “Nənə və siçan” nağılını təqdim edirik.

Biri var idi, biri yox idi. Bir yalqız nənə var idi. Bu nənənin balaca bir evi var idi. O, bütün ev işlərini özü tək edərdi. Və tez də yorulardı. Bir dəfə pul götürüb bazarlığa gedir. Çox gəzə bilmədiyi üçün tez yoruldu və oturdu. Oturacaqda oturarkən bir siçan gördü. Əlinə götürəndən sonra zəif gördüyü üçün gözlərinə yaxınlaşdırdı və baxdı gördü ki, siçan xəstədir. Nənə siçanı baytara apardı və axırıncı pulu ilə siçan üçün dərman aldı. Nənə onu evinə gətirib qulluq etməyə başladı. Hər gün dərmanlarını, yeməyini verirdi. Onu sevərək əzizləyirdi. Günlər belə keçdi. Müalicə başa çatdı. Siçan tam olaraq sağaldı. Bir gün nənə səhər durub gördüklərinə inanmadı. Hər işin görüldüyünü, hətta səhər yeməyinin süfrədə olduğunu, çayın belə dəmləndiyini gördü. Siçanı axtardı, axtardı tapa bilmədi. Həyətə çıxanda gördü ki, gözəl bir qız dayanıb. Qızdan soruşdu: "Sən kimsən, mən siçanımı axtarıram. Siçanımı görməmisən?" Qız da cavabında "Elə mən siçan idim. Məni sehrləmişdilər. Sən də öz sevginlə bu sehri pozdun və məni həyatıma qaytardın. Mən də bundan sonra səninlə yaşayacam".
Və onlar uzun müddət birlikdə firavan yaşadılar.

# 2432 dəfə oxunub

Müəllifin son yazıları

# # #