Neftlix Rumaan Alamanın əsərlərinin adaptasiya etmə hüququ uğrunda mübarizədə qalib gəldiyi üçün müəllifin yenicə tamamlanacaq əsərini də ekranlaşdıracaq. Kino şirkəti Apple və MGM ilə rəqabətdə idi.
“Dünyanı arxada buraxın” adlanan yeni roman yaxın günlərdə tamamlanacaq. Roman bu payız “HarperCollins Ecco” nəşriyyatı tərəfindən işıq üzü görəcək.
Serialda məşhur Hollivud aktyorları Culiya Roberts və Denzel Vaşinqton da rol alacaq.
Drama müasir dünya üçün müəyyən mətnaltı mənaları özündə daşıyır.
Amanda və Kleyanın öz övladları ilə Lonq-Aylendada arendaya götürdükləri evdə rahat və sakit məzuniyyətləri ev sahibinin qəflətən geri dönməsi ilə pozulur. Şəhərdə internet, rabitə xəttləri qəflətən kəsilir. Xarici dünya ilə əlaqə saxlamaqda əziyyət çəkən ailə nə baş verdiyini anlamır. Qəflətən elektrik enerjisi, hətta distansion telefonlar belə kəsilir. Bütün bunlar ailənin fiziki və psixoloji durumuna təsir edir. Çünki səs dalğaları kənd təsərrüfatına zərbə vurur, ev heyvanları qeyri-adi yolla miqrasiya etməyə başlayırlar.
Ekran işində irqi ayrı-seçkiliyə, övlad tərbiyəsi ilə bağlı müəyyən məqamlara da toxunulur. Culiya Roberts ailənin anası, Vaşinqton isə ev sahibi rolunda çıxış edərək. /edebiyyatqazeti.az/