Netfliksi məhkəməyə verdilər - Peyğəmbərin homoseksual göstərildiyinə görə

Netfliksi məhkəməyə verdilər -  Peyğəmbərin homoseksual göstərildiyinə görə
10 yanvar 2020
# 16:07

İsa peyğəmbəri homoseksual obrazda göstərdiyi üçün mənfi reaksiyalara səbəb olan “The First Temptation of Christ” (Məsihin ilk günahı) adlı komediya serialının Netflix-də yayımı dayandırıldı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Brazilyalı komediya qrupu “Porta dos Fudnos”un hazırladığı Həzrəti İsanın homoseksual olaraq təsvir edildiyi “Məsihin ilk günahı” adlı Netflix serialı ölkədə birmənalı qarşılanmayıb və serialı baykot etməyə çağırıblar.

Məhkəmə, Həzrəti İsanın homoseksual olaraq təsvir edildiyi filmin Netflixdə yayımının qadağan olunması hökmünü verib.

Ölkədə iki milyon insan filmin yayımdan qalxması üçün imza verib.

Netflixs məsələ ilə bağlı hələki heç bir açıqlama verməyib.

Qeyd edək ki, baykot çağırışına qoşulanlar arasında Brazilya prezidenti Ceyir Bolsoranonun oğlu, millət vəkili Eduardo Bolsorano da var. O, Tvitterdə: “İfadə azadlığını dəstəkjləyirik, amma bunun üçün xalqın 86 faizinin inancına hücum etmək dəyərdimi?” yazaraq Netflix-ə və filmin prodakşınına mənfi reaksiyasını bildirib.

# 2144 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #