Musiqili Teatrda “Qızıl toy” olacaq

Musiqili Teatrda “Qızıl toy” olacaq
29 fevral 2020
# 17:07

Martın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qızıl toy” ikihissəli musiqili komediyası təqdim ediləcək.

Kulis.az xəbər verir ki, səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov, Elnur Zeynalov və başqaları ifa edəcək.

Səhnə əsərində valideynlərə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər – Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistenti Tamilla Aslanovadır.

# 2295 dəfə oxunub

Müəllifin son yazıları

# # #