Müşfiqin şeirləri Qazaxıstan portalında

Müşfiqin şeirləri Qazaxıstan portalında
1 fevral 2021
# 16:30

Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Yenə o bağ olaydı...”, “Bizim gözlər”, “Könlüm mənə deyir ki...” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi Vladimir Qafarovdur.

Geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsan kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayıran aparıcı ədəbiyyat portalıdır.

# 1373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #