Musa Yaqubdan xəbər var

Musa Yaqubdan xəbər var
28 aprel 2020
# 15:52

“Hərdən görürsən ki, əlinə qələm-dəftər alıb nə isə yazıb-pozur.”

Kulis.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib. O, şairin hər zaman olduğu kimi xəstə olduğunu bildirib:

“Həmişəki kimi yenə də xəstədir, narahatlığı olur. Amma son zamanlar səhhətinin əvvəlkinə baxanda nisbətən yaxşılaşdığını hiss edirik. Xəstəliyi ilə əlaqədar bütün günü evdədir. Hərdən görürsən ki, əlinə qələm-dəftər alıb nə isə yazıb-pozur. Amma səhhəti imkan vermir ki, daha çox işləsin, yeni şeirlər yazsın. Karantin müddəti ilə əlaqədar atamı ziyarət etməyə kimsə gələ bilmir. Yəqin ki, yollar açılanda şairi ziyarət üçün tez-tez gələnlər olacaq. Bütün günü uşaqlarla vaxt keçirir, darıxmağa zamanı olmur”.

# 2958 dəfə oxunub

Müəllifin son yazıları

# # #