Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
25 may 2020
# 13:14

Fransalı yazıçı Jan Lou Dabadi vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 81 yaşlı yazıçı uzun sürən xəstəlikdən sonra Parisdə dünyasını dəyişib.

Qeyd edək ki, Jan Lou Dabadinin ən məşhur əsərlərindən biri 1957-ci ildə yazdığı “Quru gözlər” romanıdır. Fransa Akademiyasının üzvü olan yazıçı bir çox filmlərin ssenari müəllifi kimi də şöhrət qazanıb.

Dabadinin son işlərindən biri baş rolda Jerar Depardie və Corc Simenonun oynadığı "Yaşıl lövbərlər" romanı əsasında hazırlanmış filmin ssenarisi idi.

# 3024 dəfə oxunub

Müəllifin son yazıları

# # #