Məşhur türk yazıçısının məzarının yeri tapıldı

Məşhur türk yazıçısının məzarının yeri tapıldı
4 yanvar 2021
# 11:17

Türk ədəbiyatının əhəmiyyətli simalarından olan yazıçı-jurnalist İbrahim Şinasinin məzarının yeri uzun müddət aparılan araşdırmalardan sonra bəlli olub.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Tarixi araşdırmaçı Mehemt Dilbaz bir neçə sənədlər əldə etməklə yazıçının məzarının yazıçının məzarının Beyoğlundakı Gümüşsuyu küçəsində yerləşən Ayaspaşa Palasınn altında qaldığını ortaya çıxarıb. Aparılan araşdrımalar zamanı məlum olub ki, sözgedən binanın inşa edildiyi ərazi bir zamanlar “Ayaspaşa" qəbiristanlığı olub. 16-cı əsrdə Beyoğlu bölgəsinin qəbiristanlıq kimi istifadəyə verilən ərazidə 20-ci ərin əvvəllərinə qədər dəfnlər olub. 20-ci əsrin sonlarından etibarən isə qəbirstanlıq hissə-hissə yox edilib. 1934- cü ildə isə məzarlar başqa yerə köçürülmədən üstündə binalar tikilib.

Qeyd edək ki, Türk ədəbiyyatının əhəmiyyətli simalarından olan İbrahim Şinasi də 1871- ci ildə bu qəbiristanlıqda dəfn olunmuşdu.

Ədibin məzarının yerləşdiyi ərazidə inşa olunan binanın üzərində onun xatirə lövhəsinin vurulması təklif edilib.

Türk ədəbiyyatında xüsusi və özünəməxsus yeri olan şair, eyni zamanda, türkcə nəşr olunan ilk özəl qəzetin naşiridir. Osmanlı padşahlarından olan Əbdülməcidin göstərişi ilə Parisdə təhsil alan İbrahim Şinasi sonralar öz mətbəəsini yaradıb.

# 1956 dəfə oxunub

Müəllifin son yazıları

# # #