Məşhur türk rejissor vəfat etdi

Məşhur türk rejissor vəfat etdi
18 dekabr 2019
# 13:17

Tanınmış türk rejissor Tunç Başaran dünyasını dəyişib.

Kulis.az türk mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən rejissor Göztəpə Mədəniyyət, Təhsil, Araşdırma xəstəxanasında 81 yaşında vəfat edib.

Qeyd edək ki, yazıçı Pakizə Başaranın oğlu olan Tunç Başaran 1960-1970-ci illər türk kinosunun ən parlaq nümayəndələrindəndir. O, "Oskar"a təqdim olunan "Çərpələngi vurmasınlar", "Abuzer Kadayıf" və digər filmlərin rejissorudur.

# 1885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #