Məşhur serialın ssenaristi intihar etdi

Məşhur serialın ssenaristi intihar etdi
12 iyun 2020
# 15:58

Məşhur “Bu bizik” serialının ssenaristi Ceys Vaters intihar etdi.

Kulis.az xarici mediaaya istinadən xəbər verir ki, NBC-də yayımlanan Qızıl Qlobus və Emmi mükafatlı “Bu bizik” serialının 18 bölümünün ssenarisini yazan 39 yaşlı ssenarist, son zamanlarda Cim Kerri, Frank Lancella və Cudi Qririn rol aldığı “Kidding” serialının ssenarist komandasında yer almışdı.

Tanınmış ssenaristin intihar etmə səbəbi hələki məlum deyil.

Əvvəllər jurnalist olan Ceys ssenarist kariyerasına bloq yazarlarının həyatından bəhs edən filmin ssenarist komandasında yer almaqla başlayıb.

# 1292 dəfə oxunub

Müəllifin son yazıları

# # #