Məşhur serial müsəlmanları qəzəbləndirdi

Məşhur serial müsəlmanları qəzəbləndirdi
18 aprel 2020
# 16:19

Müsəlman icması "Züleyxa gözlərini açır" serialından hiddətləndilər

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyada yaşayan bir qrup müsəlmanlar Rusiya Dövlət Televiziyasında yayımlanan "Züleyxa gözlərini açır" serialının yaradıcılarını sərt tənqid ediblər. Buna səbəb məsciddə göstərilən intim mənzərə və epizodların birində məşhur müsəlman simalarının adlarının "sürgün" kimi səsləndirilməsi olub.

Xüsusilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri serialla bağlı sərt münasibət bildirib.

Xatırladaq ki, "Züleyxa gözlərini açır" serialı yazıçı Güzel Yaxinanın romanı əsasında çəkilib.

# 2552 dəfə oxunub

Müəllifin son yazıları

# # #