Modern Amerika rəsm sənətinin ən önəmli nümayəndələrindən olan rəssam Helen LaFrans 101 yaşında vəfat edib
Kulis.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, yoxsul bir ailədə dünyaya göz açmış Helen LaFrans rəsm çəkməyi özü öyrənib.
60 yaşına kimi müxtəlif işlərdə çalışan rəssam yalnız 60 yaşından sonra bütün vaxtını bu sənətə ayırmağa başlamışdı.