Məşhur rəsm əsəri 22 milyon dollara satıldı

Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
13 iyul 2020
# 10:30

Belçikalı sürrealist rəssam Rene Maqrittin “Zəfər tağı” əsəri Londonda 22,5 milyon dollara satılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, əsər 1962-ci ildə çəkilib və rəssamın ona verdiyi ada baxmayaraq rəsmdə mavi-yaşıl şabalıd yarpaqları fonunda qüdrətli bir ağac təsvir edilib. Ağac obrazı Rene Maqrittin müharibədən sonrakı yaradıcılığında əsas motivlərdən biri olub.

Mütəxəssislər bu əsəri insanların təqlid etməyə can atdığı ahəngdarlıq zəfəri, mütləq birlik hissi, ilahi düşüncənin bütövlüyü, yalnız təbiətdə müşahidə etdiyimiz yaradılış və daimi yenilənmə prosesi kimi qiymətləndiriblər.

# 2628 dəfə oxunub

Müəllifin son yazıları

# # #