Məşhur roman əsasında serial çəkiləcək

 Məşhur roman əsasında serial çəkiləcək
3 fevral 2021
# 13:33

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, tarixi filmlər və seriallar müəllifi kimi tanınan ingilis prodüseri və ssenaristi Maykl Xerst Frensis Skott Fitsceraldın “Möhtəşəm Qetsbi” romanı əsasında mini serial çəkəcək.

Film üçün ssenarini də Xerst özü yazacaq. Layihə üzərində işləmək üçün o, yazıçının varislərinə də müraciət edib. Yazıçının nəvəsi Bleyk Xazard çəkiliş meydançasında məsləhətçilərdən biri kimi çıxış edəcək.

Xatırladaq ki, 1925-ci ilin aprel ayında nəşr olunan roman yazıçının sayca üçüncü romanıdır və 20-ci əsrin ən əhəmiyyətli ədəbi əsərlərindən biri hesab olunur.

# 1518 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #