Məşhur sovet rejissoru Aleksey Germanın oğlu atasının heç yerdə yayımlanmayan müsahibəsini öz facebook profilində paylaşıb.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, müsahibə 1991-ci ildə Moskvada götürülüb. Rejissorla jurnalist Nataliya Ryurikova söhbət edib.
Söhbət əsansında rejissor sovet və xarici filmlər haqqında, eləcə də ölkədəki kinonun perspektivlərini, siyasi vəziyyəti və televiziyanı əks etdirən mövzulara toxunub.
- AYB katibi yazıçılara çağırış etdi
- Məşhur türk teleaparıcı Şəhriyar del Geraninin şeirini oxuyur - VİDEO
- Nərimanovda kitab sərgisi başladı
Xatırladaq ki, “Dostum İvan Lapşin”, “Müharibəsiz 20 gün”, “Yollarda sınaq”,“Xrsutalyov, maşına”, “Tanrı olmaq çətindir” kimi bənzərsiz filmlərin müəllifi Aleksey German 2013-cü ildə dünyasını dəyişib.