Tanınmış gürcü rejissoru 82 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, Gürcüstanın Xalq artisti, “Hər kəs sevgi istəyir”, “Qatarla getmək”, “Gənc bəstəkarın səyahəti”, “Orfeyanın ölümü”, “Pirosmani” kimi məşhur filmlərin rejissoru Georgi Şengelaya dünyasını dəyişib.
Rejissorun “Gənc bəstəkarın səyahəti” filmi 1974-cü ildə Berlin film festivalında “Gümüş ayı” mükafatı qazanıb.