Məşhur rejissor qəribə məşğuliyyət tapdı

Məşhur rejissor qəribə məşğuliyyət tapdı
11 aprel 2020
# 11:58

Amerikalı rejissor, ssenarist Devid Linç pandemiya səbəbi ilə özünü təcrid etdiyi günlərdə gördüyü işlərdən danışıb.

Kulis.az xəbər verir ki, o, "Vulture" nəşrinin özünü təcrid etməyə həsr olunmuş xüsusi seriyasının qəhrəmanlarından biri olub.

Rejissorun sözlərinə görə koronavirus pandemiyası ilə bəşəriyyət misli görünməmiş bir təcrübə yaşayır. Linç karantini refleksiya üçün yaxşı vaxt adlandırıb. O, karantin günlərində özünə maraqlı peşə tapdığını dilə gətirərək deyib ki o hal-hazırda lampa düzəldir.

Bundan əlavə Linç yarımçıq qoyduğu rəsm əsərini tamamlamağı planlaşdırır və özünün təcrid dövründə müxtəlif oyunlar icad etməyin, hekayələr, şeirlər yazmağın düşüncə tərzi üçün mükəmməl olduğuna inanır:

"İndi bütün bütün ailə ilə birlikdə öyrənə və düşünə biləcəyi mükəmməl bir andır"

# 1927 dəfə oxunub

Müəllifin son yazıları

# # #