Məşhur musiqiçi Trampı məhkəməyə verdi

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
6 avqust 2020
# 14:21

Dünyaca məşhur kanadalı musiqiçi Neil Yunq mitinqlərdə mahnılarını icazəsiz istifadə etdiyinə görə ABŞ prezidenti Donald Trampı məhkəməyə verib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kanadanın məşhur rok ifaçısı Neil Yunq əvvəllər də seçki kampaniyalarında mahnılarını dəfələrlə icazəsiz istifadə edən, hazırkı seçki kampaniyası səbəbilə təşkil olunana mitinqlərdə tez-tez mahnılarına baş vuran Donald Trampa qarşı hüquqi mübarizə başladıb.

74 yaşlı musiqiçi Nyu Yorkda məhkəməyə baş vurduğunu sübut edən sənədləri şəxsi veb səhifəsində paylaşaraq qeyd edib ki, bu mahnı öz seçdikləri namizədi dəstəkləməkdə azad olan Amerika vətəndaşlarının haqlarına və fikirlərinə hörmətsizlik etmək məqsədilə yazılmayıb. Mahnılarımın Amerika xarici cəhalət və nifrət kampaniyası üçün istifadə olunmasına icazə verə bilmərəm.Yunq bunun üçşün Trampdan külli miqdarda təzminat tələbi edib.

# 1799 dəfə oxunub

Müəllifin son yazıları

# # #