Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi

Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
7 avqust 2020
# 16:05

İsveç müğənnisi Zara Larsson Çinin uyğurlara qarşı siyasətinə etiraz olaraq “Huawei” şirkəti ilə əməkdaşlığına son qoyub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Larsson Çinin əməllərini dəstəkləmək istəmədiyini vurğulayaraq “Huawei” ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. 22 yaşlı sənətçi bildirib ki, uyğurlara və honkonqlulara dəstək vermək istəyir, “Huawei” ilə işbirliyi şəraitində bunu edə bilməz. O, Çin şirkəti ilə anlaşmasının yanlış olduğunu söyləyib.

Xatırladaq ki, Zara Larsson məşhur sənətçidir, klipləri “YouTube”da yüz milyonlarla izləyici toplayır.

# 1931 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #