Məşhur komediya ustası vəfat etdi

Məşhur komediya ustası vəfat etdi
9 fevral 2020
# 11:04

Məşhur komediya ustası Orson Bin avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 91 yaşlı aktyorun fevralın 7-də Los- Ancelesdə iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin təkərləri altına düşdüyü, hadisə yerində keçindiyi bildirilib.

Qeyd edək ki, Bin “Con Malkoviç olmaq”, “Cinayət anatomiyası”, “Evdar qadınlar” da daxil olmaqla yüzdən çox film və seriallarda rol alıb.

1970-ci illərdə Bin qısa müddət ABŞ-dakı karyerasından imtina edərək Avstraliyaya gedib.

# 2054 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #