Məşhur hind filmi yenidən ekranlaşdırılır

Məşhur hind filmi yenidən ekranlaşdırılır
20 avqust 2020
# 18:51

Hindistan kinematoqrafları 1982- ci ildə çəkilən “Şakti” filmini yenidən ekranlaşdırır.

Kulis.az xəbər verir ki, Rameş Sippu, Dilip Kumar, Amitab Baççan, Raxi Smita Patil və Amriş Purinin rol aldığı 1982- ci ildə çəkilən cinayət dramı olan “Şakti”nin yenidən ekranlaşdırılıdığı haqqında xəbəri rejissor Şree Narayan Sinq təsdiq edib. O, filmin müasir dövrə uyğunlaşdırılaraq lentə alınacağını bildirib. Rejissor həmçinin onu da qeyd edib ki, bu film "Şakti"nin təkrarı deyil, sadəcə olaraq ondan ilhamlanaraq çəkilir. Son iki ildir filmin ssenarisi üzərində işlədiklərini deyən Şree bu layihə üzərində işləməyin çox məsuliyyətli olduğunu vurğulayıb.

Filmin adının isə yaxın zamanlarda rəsmi élan ediləcəyini deyən rejissor “Şakti”nin müəllif hüquqlarını “Muşir- Riaz Films”dən aldıqlarını qedy edib. Hələ aktyor heyətinin təsdiqlənmədiyi filmin kastinq seçimlərinə bu günlərdə start veriləcəyi bildirilib.

# 4098 dəfə oxunub

Müəllifin son yazıları

# # #