Məşhur fransız aktyoru vəfat etdi

Məşhur fransız aktyoru vəfat etdi
18 may 2020
# 19:21

Məşhur fransız aktyoru Mişel Pikkoli vəfat edib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor 94 yaşında insultdan dünyasını dəyişib. Bu barədə mətbuata onun ailə üzvləri və yaxınları xəbər veriblər.

Bir çox məşhur rejissorlarla işləyən aktyor əsasən rejissor Jan Lyuk Qodarın 1963-cü ildə ekranlaşdırdığı "Nifrət" filmi ilə məşhurluq qazanıb.

Aktyor dəfələrlə "Qızıl Şir", "Qızıl ayı" və "Qızıl qlobus" mükafatlarına layiq görülüb.

# 1404 dəfə oxunub

Müəllifin son yazıları

# # #