Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi
1 may 2020
# 16:12

Nigeriyalı nağara ifaçısı və bəstəkar Tony Allen vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 79 yaşlı musiqiçinin meneceri açıqlamasında onun bu səhər vəfat etdiyini bildirib.

Qeyd edək ki, 18 yaşından nağara ifa etməyə başlayan Allen 1960-cı illərin sonlarından etibarən məşhur instrumentalist Felu Kuti ilə birlikdə 30-dan çox albom buraxıblar. Kuti etiraf edirdi ki, Allen olmasaydı arfobit janrı olmazdı. 70-ci illərdə Afrikanı tərk edən musiqiçi həmin illərdə öz qrupunu yaradıb.

80-ci illərin ortalarında Toni Allen Londona, daha sonra Parisə köçüb. O, bu illər ərzində Şarlotta Qeynsburq, Qondjasufi, Qreys Cons kimi ulduzlarla işləyib.

# 1991 dəfə oxunub

Müəllifin son yazıları

# # #