Məşhur aktyorun adından izləyicilərinə fırıldaq gəldilər

Məşhur aktyorun adından izləyicilərinə fırıldaq gəldilər
12 fevral 2021
# 18:58

Yeşilçam filmlərinin məşhur aktyoru Nuri Alçonun sosial media hesabı xakerlərin hədəfi oldu.

Kulis.az NTV Haber-ə isitnadən xəbər verir ki, məşhur aktyorun hesabı xakerlər tərəfindən oğurlanaraq izləyicilərinə maddi zərər vurulub.

Aktyorun sosial media hesabını ələ keçirən kimliyi naməlum insanlar sənətçinin izləyicilərini mərc saytı adı ilə aldadaraq daha çox pul qazancaqlarına inandırıblar. Nuri Alçonun Zəhra Aslan Şahin adlı izləyicisi bu yol ilə 60 min lirəsinin mənimsənildiyini bildirərərk hüquq-mühafizə orqanlarına müraciət edib. Prokurorluğa çağırılan aktyor izləyicilərinə səslənərək onlardan daha diqqətli olmalarını istəyib: “Hər kəs çox diqqətli olsun. Məni tanıyan insanlar qətiyyən belə şeylərə inanıb ödəniş etməsinlər”.

# 1631 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #