Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
10 sentyabr 2021
# 11:05

Amerika aktyoru Artur Metrano 84 yaşında dünyasını dəyişib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, Metrano Florida ştatında yerləşən evində vəfat edib. Aktyorun ölüm təbii səbəbdən baş verib.

Metrano 1970-ci ildən başlayaraq “Bu axşam”, “Dünya tarixi birinci hissə”, “Sindidən soruşun”, “Çikaqonun ümidi”, “Oyuncaq” adlı filmlərə çəkilib. Onu tamaşaçılara sevdirən obraz isə "Polis akademiyası" filmində leytenant Erni Mauzer obrazı olub.

# 1541 dəfə oxunub

Müəllifin son yazıları

# # #