Şou zamanı səhnədə əhvalı pisləşən 57 yaşındakı yumor ustası Darril Linn Haqhley koronavirus infeksiyasına yoluxub.
ABŞ-ın məşhur aktyoru səhnədə yıxılan kimi ətrafdakılar ona yardıma qaçıb. Təcili yardım ilk müdaxilədən sonra sənətçini xəstəxanaya aparıb. Analizlərdən sonra onun virusa yoluxduğu ortaya çıxıb.
Haqhley otellərin birində özünü karantinə alıb. "Heç bir qrip simptomları yoxdur. Nəfəs almaqda da problemim yoxdur, rahat nəfəs alıram. temperaturum və öskürəyim də yoxdur. Dad və iy bilirəm. Amma test cavablarım pozitiv çıxıb" deyə, sənətçi bildirib. /axsam.az/