Məşhur aktyor karantin günlərini seriala çevirdi

Məşhur aktyor karantin günlərini seriala çevirdi
7 aprel 2020
# 14:01

Məşhur amerikalı aktyor Vill Smith “Snapchat” ilə birlikdə öz karantin günlərindən bəhs edən serialın çəkilişlərinə başladı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasına görə bütün sənətkarlar onlayn dünyaya qapı açarkən məşhur aktyor Vill Smith də bekar qalmadı. Dünyada olduqca populyar olan sosial paylaşma platforması olan “Snapchat” ilə müqavilə bağlayan aktyor yaşadığı karantin günlərini 12 hissəli “Vil Evdə” serialı olaraq izləyicilərinə təqdim edəcək.

Serialda Smithin karantin günlərini birlikdə keçirtdiyi ailə üzvləri və Hollivuddan olan dostları da yer alacaq.

Cümə günü yayımlanan ilk hissədə, Smithin evinin qarajında vakt keçirtdiyi göstərilib. Serialda, Vill Smithin ailə üzvləri ilə arasında keçən dialoqları və karantin müddətini evdə keçirən xüsusi qonaqların təcrübələrinə yer veriləcək.

# 2541 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #