Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı

Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
8 avqust 2020
# 11:20

Məşhur Hollivud aktrisası Kameron Diaz kino sahəsindən uzaqlaşma səbəbini açıqladı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktrisa həmkarı və dostu Qvinet Peltrouya verdiyi müsahibədə aktyorluq peşəsindən ayrılmaq qərarına gəlməsinin səbəblərindən danışıb.

Diazın sözlərinə görə, karyerasını ailəsi naminə yarımçıq qoymaq qərarına gəlib. Aktrisanın dediyinə görə, Peltrou onu uzun müddət ana olmağa inandırmağa çalışsa da, Diaz analıq fikrini rədd edərək doğulacaq uşağına uyğun ata tapmamaqdan qorxub. Daha sonra o, fikirlərini yenidən nəzərdən keçirərək ailə xoşbəxtliyini əldə edib.

# 2099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #