Məşhur Amerika filmi yenidən çəkiləcək

Məşhur Amerika filmi yenidən çəkiləcək
16 sentyabr 2021
# 18:51

İyirmi doqquz il əvvəl çəkilmiş “Cangüdən” filminin yeni versiyası çəkiləcək.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, filmi Varner Bros şirkəti istehsal edəcək.

Filmin ssenarisi Brodvey Teatrının dramaturqu və rejissoru Metyu Lopesə aiddir.

Yeni filmdə hansı aktyorların çəkiləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, 25 milyon büdcəsi olan orijinal “Cangüdən” filmi dünya prokatından 400 milyon gəlir gətirmişdi.

Filmdə Uitni Hyustonun ifasında səslənən “I Will Always Love You” mahnısı XX əsrin ən çox satılan 50 albomu siyahısına düşmüşdü.

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #