Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu

Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
1 mart 2021
# 18:56

Məşhur türk şairi Fazil Hüsnü Dağlarcanın yoxsul uşaqları oxutdurmaq üçün yazdığı miras vəsiyyəti 13 il ötməsinə baxmayaraq yerinə yetirilməyib.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, Fazil Hüsnü Dağlarca ölümündən on ay əvvəl qələmə aldığı vəsiyyətdə yayımlanmış və ondan sonra yayımlanacaq kitablarının müəllif gəlirlərini Çamlıca Bilfen Məktəbində oxuyacaq kasıb uşaqlara qoyduğunu açıqlamışdı. Ancaq aradan 13 il keçməsinə baxmayaraq şairin yoxsul uşaqların oxudulması üçün etdiyi vəsiyyət yerinə yetirilməyib. Miras qalan qurumun bağlı olduğu Bilfen Tədris Qurumları məsələ ilə bağlı 2017-ci ildə məhkəməyə müraciət edərək vəsiyyətin yerinə yetirilməsini tələb edib. Dağlarcanın 11 mirasçısı isə haqlarımız zərər görür səbəbini irəli sürüblər. Bir qismi Adanada bir qismi də Ankarada yaşayan mirasçılar, sözügedən məktəbə sadəcə müəllif gəlirlərinin verilməsini tələb ediblər. Onlar 2005- ci ildə Vehbi Koç Vəqfinin verdiyi 100 min dollarlıq ədəbiyyat mükafatının miras vəsiyyətinin xaricində olduğunu bildirblər.

# 2004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #