Mərhum müğənni "konsert verəcək"

Mərhum müğənni "konsert verəcək"
17 fevral 2020
# 18:45

48 yaşında həyatını itirən dünya şöhrətli ulduz Vitney Hyustonun holoqramı turnirə çıxır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məşhur amerikalı müğənni Vitney Hyustonun görüntüsünün yer alacağı dünya turniri fevralın 25 də İngiltərənin paytaxtı Londonda başlayacaq.

90 dəqiqəlik şouda Hyustonun ölməmişdən əvvəl verdiyi sonuncu konsertindən görüntüsü yer alacaq. Onu canlı orkestr müşaiyət edəcək. Bəzi tənqidçilər bu formatı qorxunc hesab etsə də London kassalarında konsertin biletləri bitib.

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

# # #