Məmməd İlqarın yeni kitabı təqdim ediləcək

Məmməd İlqarın yeni kitabı təqdim ediləcək
29 yanvar 2020
# 12:53

Fevralın 1-də Atatürk Mərkəzində tanınmış şair Məmməd İlqarın 70 illik yubileyi qeyd ediləcək.

Təşkilatçıların Kulis.aza verdiyi xəbərə görə M.İlqarın dostlarının, yazıçı-şairlərin və media nümayəndələrinin qatılacağı tədbirdə onun seçmə şeirlərindən tərtib edilmiş “Məndən sənə qalan sözdü...” kitabının təqdimatı və imza günü də keçiriləcək.

Yubiley tədbirini şair-yazıçı Əjdər Ol aparacaq.

Maraqlananlar dəvətlidir.

# 3519 dəfə oxunub

Müəllifin son yazıları

# # #