Misirdə Azərbaycan rəssamlarının sərgisi açıldı - Foto

Misirdə Azərbaycan rəssamlarının sərgisi açıldı - Foto
6 may 2021
# 09:35

Misirin paytaxtındakı Opera Evində yerləşən Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xarı bülbül” adlı sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgidə ölkəmizin füsnkar təbiəti, paytaxt Bakının mənzərələri və xalqımızın tarixi ənənələrini əks etdirən tablolar nümayiş etdirilib.

Açılış mərasimində Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misirin ictimai və incəsənət xadimləri, Qazaxıstan, Özbəkistan və Belarusun diplomatik missiyalarının təmsilçiləri, Qahirədə yaşayan azərbaycanlılar və mətbuat nümayəndələri iştirak ediblər. Rəssamlar Məmməd Mustafayev, Tural Rzayev, Emin Ələkbərov, Əlihüseyn Rzayev, Qeyyur Yunusov, Altay Hacıyev, Arif Əzizov, Elxan Tahirov, Nağdəli Xəlilov, Sandi Səlim və Əfsanə Əliyevanın müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi mayın 8-dək davam edəcək.

# 1918 dəfə oxunub

Müəllifin son yazıları

# # #