Millət vəkili “Bu şəhərdə”yə istehza etdi

Millət vəkili “Bu şəhərdə”yə istehza etdi
7 may 2020
# 09:46

Millət vəkili Etibar Əliyev yumorla bağlı fikirlərini paylaşıb.

Kulis.az-ın verdiyi xəbərə görə, o, öz Facebook profilində yazıb:

“Böyük Avstriya yazıçısı Nobel mükafatı laureatı Elias Kanettinin “Avtobioqrafiya” əsərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında düşüncələri diqqətimi cəlb etdi. “Karl Kraus birinci cümləsi ilə insanları güldürərdi. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun mühazirələrində insanlar ayrı-ayrı gülməzdilər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.”

Etibar Əliyev: “Ölkənin birinci təhsil eksperti mənəm”

E.Əliyev paylaşımının P.S. hissəsində isə “Yadıma "Bu şəhərdə"nin tamaşaları düşdü. Bizim gülüşlərdə isə toxluq duyulur...” deyə istehza edib.

# 3034 dəfə oxunub

Müəllifin son yazıları

# # #