Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto

Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
15 yanvar 2021
# 18:19

Vətən müharibəsi iştirakçısı Fuad Cəbrayılov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işlə təmin edilib

Bu barədə Kulis.az-a teatrın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilib ki, Fuad Cəbrayılovla teatrda səhnə quraşdırıcısı vəzifəsinə əmək müqaviləsi imzalanıb.

Fuad Cəbrayılov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına əsasən sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. O, avtomobil bölüyündə manqa komandiri vəzifəsində xidmət edib.

Vətən müharibəsində döyüş əməliyyatları zamanı arxa cəbhə təminatı bölmələrində maddi-texniki təminatın təşkilində göstərdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunub.

# 1927 dəfə oxunub

Müəllifin son yazıları

# # #