Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaq

Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaq
14 dekabr 2019
# 10:50

Dekabrın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş “Bizim Albert” Rəqs Festivalının yekun konserti keçiriləcək.

Gallery

Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutacaq.

Rəqs festivalının yekun tədbirində münsiflər heyətinin üzvləri Xalq artisti Cəmilə Bayramova, Əməkdar artist Tahir Eynullayev, Emil Pənahov və Səbinə İsmayılova qaliblərə diplomları təqdim edəcəklər. /azertag.az/

# 2187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #