Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
11 iyun 2021
# 16:02

"Mikayıl Müşfiqə aid olduğu bildirilən, o cümlədən həmin ərazidən tapılan digər qalıqlarla bağlı araşdırmaya xitam verilməyib”.

Bunu APA-ya açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların ekspertizası haqqında danışarkən deyib.

O, bildirib ki, müharibə və pandemiya səbəbindən bir müddət ekspertiza işlərinə fasilə verilib: “Ona görə də hazırda bu işlə bağlı hər hansı yenilik yoxdur”.

Qeyd edək ki, Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

# 1755 dəfə oxunub

Müəllifin son yazıları

# # #