Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"

Mehriban Ələkbərzadə: "Mədəniyyət naziri olmaq istəmirəm"
29 may 2020
# 15:03

“Yaradıcı insanam, bunu nəyəsə qurban vermək fikrində deyiləm”

Kulis.az xəbər verir ki, bu sözləri “3D" proqramında qonaq olan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə deyib.

Rejissor yenicə vəzifəsindən azad edilən Əbülfəs Qarayevlə bağlı yazılan tənqidlərə münasibət bildirib. O, eks nazir vəzifədə olan zaman tənqid edilməyib, sözlər deyilməyibsə, indi onun haqqında danışmağın mənasının olmadığını deyib. Nazir vəzifəsinə gəlməsi barədə verilən suala isə Mehriban Ələkbərzadə belə cavab verib:

“Mədəniyyət naziri olmaq istəmirəm. Sosial şəbəkələrdə adıma rast gəlirəm. Yaradıcı insanam, bunu nəyəsə qurban vermək fikrində deyiləm. Ancaq teatrla bağlı hansısa bir sektorda bəlkə də, çalışa bilərəm. 5 ildən artıqdır ki, ənənəvi teatrda, Akademik Milli Dram Teatrında çalışan biri idim. YUĞ teatrında çalışmaq isə fərqli görünürdü. Əbülfəs Qarayev dedi ki, “YUĞ”a getməsən, teatr bağlanacaq, oranı yenidən ayağa qaldırmaq lazımdır. “YUĞ”a gələndə tamaşaçıların sayı səhnədə olan aktyorların sayından az idi. Zorla bilet sırıma yox idi. İndi bir tamaşaya baxmaq üçün 4-5 dəfə gəlib yer tapmamaq faktı ilə rastlaşırıq. Keyfiyyətli bir iş təqdim etdikdən sonra niyə tamaşaçı teatra gəlməsin ki?”

# 3636 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #