Dünya şöhrətli müğənni Madonna özü haqqında avtobioqrafik filmin çəkilişlərinə başladı.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, öz həyat və yaradıcılığından bəhs olunan filmin rejissor kürsüsündə əyləşən müğənni, eyni zamanda filmin ssenari müəllifliyini də öz üzərinə götürüb. Madonna açıqlamasında illərdir bu filmi çəkmək arzusunda olduğunu dilə gətirib.
62 yaşlı ulduz çəkəcəyi filmin ssenarisini Diablo Cody təxəllüsü ilə tanınan amerikalı yazıçı Brooke Busey- Morio ilə birlikdə çalışacaq.
- Məşhur serialın yeni mövsümü başlayır - Tarix
- Bizim roman – “GÜLÜSTAN”
- Ceyhun Hidayətlinin "Əqrəb" kitabı təqdim oluncaq
Filmin adı və ekranlarda yayım tarixi haqqında hələlik heç bir məlumat verilməyib.