Leninin cəsədini pulla almaq istəyirlər

Leninin cəsədini pulla almaq istəyirlər
17 sentyabr 2020
# 11:03

Amerikalı rəssam David Datuna Vladimir İliç Leninin cəsədini satın almaq istədiyini açıqlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbərə verir ki, Datuna Vaşinqtonda məqbərə tikmək və dünya proletariatı liderinin cəsədini orada yerləşdirmək niyyətindədir. Rəssamın fikrincə indi Rusiyanın Leninin cəsədinə ehtiyac yoxdur.

Cəsəd üçün ilkin ödəniş olaraq David Datuna 1 milyon dollar ödəməyə hazırdır, lakin nəticədə 1 milyard dollardan çox pul yığacağına söz verir.

# 2154 dəfə oxunub

Müəllifin son yazıları

# # #