Laçınlı şairin atasının sevincdən ürəyi dayandı

Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
1 dekabr 2020
# 12:34

Laçınlı şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov dünyasını dəyişib.

Bu barədə Kulis.az-a İlham Qəhrəman məlumat verib. O, bildirib ki, Umud Qəhrəmanovun Laçının azad olunması xəbərini eşidəndən sonra gecə saat 2-də sevincdən ürəyi dayanıb.

Qeyd edək ki, Umud Qəhrəmanovun gözləri uzun müddətdir görmürdü. O, son günlərdə Laçına getməyə hazırlaşırmış.

# 2688 dəfə oxunub

Müəllifin son yazıları

# # #