Kukla Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən miqdarda vəsait köçürüb

Kukla Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən miqdarda vəsait köçürüb
25 mart 2020
# 17:11

Dövlət Kukla Teatrı ölkə başçısının xeyirxah təşəbbüsünə qoşuldu.

Teatrın mətbuat xidmətinin kulis.aza verdiyi məlumata görə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bəşəriyyətin bəlasına çevrilən COVİD 19- koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Belə ki, teatr rəhbərliyi kollektiv adından müəyyən miqdarda vəsaiti tam könüllü olaraq ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

# 2874 dəfə oxunub

Müəllifin son yazıları

# # #