Kəpənəyə keçən ömür... - Şeir

Kəpənəyə keçən ömür... - Şeir
27 avqust 2020
# 12:33

Kulis.az Əli Rüzgarın "Gəl" şeirini təqdim edir.

Üç papatya ömrü bitdi,
Bu dördüncü ömürdü, gəl.
Qürurum da günahını,
Öz boynuna götürdü gəl.

Bağban gülə, gül bülbülə,
Ağacdakı tırtıl belə,
Öz ömrünü ölə-ölə,
Kəpənəyə ötürdü gəl.

Təbib baxmaz bu dərd-sərə,
Keçər deyir, keçən hərə.
Gedirəm sən ölən yerə,
Sən də məni götür də gəl.

# 2946 dəfə oxunub

Müəllifin son yazıları

# # #