Komediya ulduzu nadir xəstəlikdən vəfat etdi

Komediya ulduzu nadir xəstəlikdən vəfat etdi
23 yanvar 2020
# 10:50

Məşhur ingilis komediya qrupu Monti Paytonanın ulduzu Terri Cons vəfat edib.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, 77 yaşlı aktyor nadir bir xəstəlikdən - frontotemporal demansdan əziyyət çəkirdi.

Terri Cons Terri Gilliam ilə birlikdə "Monty Python və Müqəddəs Grail" və "Monti Paytona görə həyatın mənası" filmlərini yaradıb. O,həmçinin "Erik Viking" və “Söyüd küləyi”komediyalarının rejissorluğunu edib. Consun sonuncu işi həm ssenaristi, həm də rejissoru olduğu “Mən hər şey edə bilərəm” filmi olub.

Qeyd edək ki, Monti Payton 1969- cu ildən 2014- cü ilə qədər mövcud olan İngilis komediya qrupudur.

# 1973 dəfə oxunub

Müəllifin son yazıları

# # #