Kənan MM türk serialından ayrıldı

Kənan MM türk serialından ayrıldı
30 dekabr 2019
# 12:15

Rejissor Kənan Mahmudov Türkiyənin "Fox" telekanalında yayımlanan “Savaşçı” serialından ayrılıb.

Kulis.az xəbər verir ki, Kənan Mahmudov bu barədə şəxsi feysbuk səhifəsində məlumat paylaşıb. Azərbaycanda yeni başlayacaq serialda rol aldığı üçün “Savaşçı" serialından ayrıldığını bildirən rejissor filmin yaradıcı heyətinə və "Fox" telekanalına minnətdarlığını bildirib:

"Məni 40 bölüm izlədiyiniz üçün təşəkkürlər. Haqqınızı halal edin, çox gözəl hisslərlə ayrılıram serialdan. Sizləri hər zaman sevəcəyəm, sizin məni sevdiyiniz qədər... Azərbaycanda yeni seriala başlayacağım üçün serialdan ayrılmaq məcburiyyətində qaldım. Çalışdığım hər kəsə təşəkkür edirəm. Yeni layihələrdə görüşənədək. Allahın izni ilə mən serialdan ayrıldım, sizlərdən deyil. Yazdığınız minlərlə şərhlərə ayrı-ayrılıqda cavab verə bilmədiyim üçün üzgünəm. Millətim və sənətim üçün əlimdən gələni etdim. Haqqınızı bir daha halal edin. Mübariz Mənsimova xüsusi təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, Kənan Mahmudov ötən il Fox tv-də yayımlanan “Savaşçı” serialına dəvət almışdı. O serialda yüzbaşı Bəxtiyar obrzını canlandırırdı.

# 7574 dəfə oxunub

Müəllifin son yazıları

# # #