Kinematoqrafçılar İttifaqının iclası keçirilib

Kinematoqrafçılar İttifaqının iclası keçirilib
9 iyul 2021
# 18:45

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin növbəti geniş iclası keçirilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, iclasın gündəliyində cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Bundan başqa, iclasda qarşıda duran planlar barədə, Milli Kino Günü ilə bağlı, “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin nəticələri barədə , Milli Kino Mükafatının müəyyən olunması, fəxri adların təqdimatı, ittifaqa üzvlüyə qəbulla bağlı və cari məsələlər müzakirə edilib.

İttifaqın İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul ediliblər.

Bundan əlavə, ittifaqın İdarə Heyətinin yekdil qərarı ilə prodüser, rejissor, ssenarist Vahid Mustafayev də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul olunub.

# 1764 dəfə oxunub

Müəllifin son yazıları

# # #