Karantindən sonra ilk konsert bitkilərə verildi

Karantindən sonra ilk konsert bitkilərə verildi
23 iyun 2020
# 16:22

İspaniyanın Barselona şəhərində üç aylıq koronavirus karantinindən sonra qapılarını açan "Gran Teatre del Liceu" Operası ilk konsertini bitkilərə verib.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məşhur opera binasının kreslolarını bu dəfə insanlar deyil bitkilər doldurub.

Operanın internet portalından yayımlanan konsertdə orkestr, bəstəkar Giakomo Pukkini “Krisantemiya” əsərini təxminən 2 min üç yüz bitki qarşısında ifa edib.

Qeyd edək ki, salonda yer alan bitkilərin epidemiya ilə mübarizə aparan səhiyyə işçilərinə bağışlanacağı bildirilib.

# 1521 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #