Kann festivalı bu il təxirə salındı

Kann festivalı bu il təxirə salındı
18 may 2020
# 14:16

Festival rəhbərliyi festival vaxtının 2021-ci ilə qədər təxirə salınması ilə bağlı son qərarını verib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, festival rəsmiləri Kann Film Festivalının onlayn rejimdə keçirilməsinin və yaxud da mərasimin payıza planlaşdırılmasının koronavirus pandemiyası nəticələri baxımından mümkünsüz olduğunu açıqlayıblar. Bu səbəbdən də Kann film festivalının 2021-ci ilin may ayında keçirilməsi barədə qərar qəbul olunub.

Həmçinin bildirilir ki, festival üçün seçilən filmlərin siyahısı bu ilin iyun ayında açıqlanacaq.

Qeyd edək ki, 74 illik fəaliyyətində Kann Film Festivalı ilk dəfə olaraq bu il Koronovirus pandemiyası səbəbi ilə ləğv olunub.

# 1880 dəfə oxunub

Müəllifin son yazıları

# # #