Koronavirus pandemiyası səbəbi ilə bir çox mərasimlər ləğv olunsa da, hər il ənənəvi formada keçirilən Kann Film Festivalı bu gün başlayır.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasından sonra ilk tam hüquqlu festivalın keçiriləcəyi Fransada son hazırlıqlar artıq başa çatmaq üzrədir.
İyulun 17-nə qədər davam edəcək festivalda Hollivud ulduzlarından Matt Damon, Nikol Kidman, Şon Penn ve Timothee Chalametiin qoşulması gözlənilir.
Festival rəsmilərinin məlumatına görə, festivalın əsas mükafatı “Qızıl palma budağı” uğrunda 24 film yarışacaq. Qaliblərin adı 16 iyulda açıqlanacaq.
Builki festivala ilk dəfə qaradərili rəhbərlik edir. Söhbət rejissor Spayk Lidən gedir. Jüri tərkibində aktyor Tahar Rahim və aktrisa Meqqi Cellenxoldun da təmsil olacağı gözlənilir.
Festivalın favoritləri arasında italiyalı Nanni Morettinin yeni filmi "Tre Piani", fransız Jacques Audiardın "Les Olimpiades" və taylandlı rejissor Apichatponq Virasethakulun ilk ingilizcə filmi "Memoria" filmləri vardır.